SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Qəbul imtahanında 10 nəfərdən mobil telefon çıxdı

Qəbul imtahanında 10 nəfərdən mobil telefon çıxdı

  • 07 iyun 2026, 15:07

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib.

DİM-dən Yurd.Media-ya bildirilib ki, ilkin məlumatlara əsasən, 10 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.

Bundan əlavə, 1 nəzarətçi-müəllimdə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib. Hazırda baş verən hallar araşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları