Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklər təşkil olunur.
Yurd.Media xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə dünən və bugün şəhər və rayonun bütün kənd qəbiristanlıqlarında ənənə şəklini alan ümumrayon iməciliyi keçirilib.
Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradılması məqsədilə keçirilən iməcilkdə rayon sakinləri də iştirak edib.
İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb.
İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.