SÜJET
"Girls Code" proqramı 3000 AZN-lik təqaüdlə qadınlara İT sahəsində karyera imkanı yaradır.
Yurd.Media xəbər verir ki, qadınların texnologiya sahəsində iş və karyera imkanlarını artırmaq, eyni zamanda onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək məqsədilə "Girls Code" təqaüd proqramı elan olunub. Proqram çərçivəsində 50-dən artıq qadının təhsili tam və qismən maliyyələşdiriləcək. Hər iştirakçı üçün nəzərdə tutulan tam təqaüd məbləği isə 3000 AZN-dir.
Təqaüd proqramı həm sıfırdan İT sahəsində karyera qurmaq istəyən, həm də bir sıra təməl bilikləri olub inkişaf etmək istəyən qadınlar üçün nəzərdə tutulub.
Aşağıdakı istiqamətlər üzrə 0-dan təqaüdlü təhsil almaq mümkündür:
* Front-End Proqramlaşdırma – 7 ay
* Data Science – 6 ay
* Android Proqramlaşdırma – 7 ay
* SQL + PL SQL – 5 ay
* Qrafik Dizayn – 6 ay
* UX/UI Dizayn – 6 ay
Təməl biliklərə sahib olan xanımlar üçün isə aşağıdakı sahələr üzrə təqaüd imkanı mövcuddur:
* Machine Learning – 3 ay
* Java EE & Spring – 4 ay
* JavaScript Texnologiyaları – 4 ay
* PL SQL – 3 ay
Qeyd edək ki, təqaüd proqramına müraciət üçün son tarix 25 may 2025-dir. Seçim prosesi əvvəlcə imtahan, daha sonra isə infosessiya mərhələsindən ibarət olacaq.
Proqramı uğurla başa vuran iştirakçılar rəqəmsal sektorda iş və karyera imkanlarından yararlana biləcəklər.
Müraciət etmək və ətraflı məlumat almaq üçün ( //register.matrixacademy.edu.az/girlscode)