SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
PAŞA Bank bir neçə xidmət strukturunu bağlayıb

"PAŞA Bank" bir neçə xidmət strukturunu bağlayıb

  • 19 iyun 2026, 14:01

Azərbaycanın aparıcı banklarından olan "PAŞA Bank"  strukturunda dəyişiklikləri həyata keçirib.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, "PAŞA Bank" ASC ötən il 2 şöbə və 1 nümayəndəliyini bağlayıb.

Bankın Müşahidə Şurasının qərarı ilə "Fərdi Bankçılıq" şöbəsi, "Ağ şəhər" mübadilə şöbəsi və "KOB evi" nümayəndəliyi bağlanıb.

Bununla belə, bankın işçilərinin sayı il ərzində 1 424 nəfərdən 1 435 nəfərə yüksəlib.

Qeyd edək ki, "PAŞA Bank" ASC 2007-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 354,5 milyon manatdır. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları