SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Hava Limanı: Tiktokerin qayçısı 6 sm-dən qısa olub

Hava Limanı: Tiktokerin qayçısı 6 sm-dən qısa olub

Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı təyyarəyə qayçı keçirərək çəkiliş edən şəxslə bağlı açıqlama verib.

Beynəlxalq Hava Limanınadan Yurd.Media-ya bildirilib ki, yayılan videogörüntü aidiyyəti qurumlar tərəfindən araşdırılıb və sərnişinin üzərində olan əşya təhlükəsizlik yoxlaması zamanı qüvvədə olan aviasiya təhlükəsizliyi tələblərinə uyğun şəkildə qiymətləndirilib.

Açıqlamaya əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2025-ci il tarixli qərarına görə, dayaq nöqtəsindən başlayaraq tiyəsinin uzunluğu 6 santimetrdən çox olan qayçıların hava gəmisində daşınması qadağandır.

Qeyd edilib ki, yoxlama zamanı sərnişində olan qayçının həmin məhdudiyyətlərə aid olmadığı müəyyən edildiyindən onun əl yükündə daşınmasına icazə verilib.

"Təhlükəsizlik yoxlamaları beynəlxalq və milli aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir və sərnişinlərin təhlükəsizliyi əsas prioritet olaraq qalır", - məlumatda qeyd olunur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları