SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
İyun ayında 12 nəfərin Xəzərdə boğulmasının SƏBƏBİ AÇIQLANDI

İyun ayında 12 nəfərin Xəzərdə boğulmasının SƏBƏBİ AÇIQLANDI

  • 19 iyun 2026, 20:58

Ölkədə son 20 gündə Xəzər dənizinin qeyri-çimərlik ərazilərində 12 nəfərin bataraq ölməsi faktı qeydə alınıb.
Bu barədə Yurd.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır", - FHN-in müraciətində qeyd olunur.

Qurumdan bildiriblər ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır:

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları