SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakının Nizami rayonundan olan müştəriləri “Kontakt Home” ilə MƏHKƏMƏDƏ

Bakının Nizami rayonundan olan müştəriləri “Kontakt Home” ilə MƏHKƏMƏDƏ

  • 19 iyun 2026, 13:28

“ABC Telecom” iki müştərisini paytaxtda məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Nizami Rayon Məhkəməsinə müraciət edərək müştərisindən “İphone 16 pro” markalı telefon üçün 3515 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 24 manat rüsum, 351 manat dəbbə pulu iddiası qaldırıb. 

Bundan başqa, iddiaçı həmin müştərisinə qarşı ötən il digər müqaviləyə əsasən 2 ədəd “Apple 20W Usb-C adapter” və “İpone 16” üçün 2869 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 24 manat rüsum, 287 manat dəbbə, 2025-ci il tarixli müqaviləyə əsasən qaytarılma cəriməsi üçün 520 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulun tutulması tələb edib. 

İddiaçı cavabdehdən ümumilikdə 7642 manat borc və 122 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edib. 

Məhkəmə iddia tələbini qismən təmin edib, cavabdehdən 6979 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılıb. 

Bundan başqa, “ABC Telecom” Nizami Rayon Məhkəməsində daha bir müştərisinə qarşı iddia qaldıraraq “Oppo Reno11” üçün 545 manat ödənilməmiş hissə, 24 manat rüsum, 54 manat cərimə olmaqla, ümumilikdə 623 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edib. 

Məhkəmə iddia tələbini qismən təmin edərək cavabdehdən 550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılıb. 

MMC Nizami Rayon Məhkəməsində növbəti iddia ərizəsində müştərisinə qarşı ümumilikdə 219 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması istənilib. 

Belə ki, 2024-cü il tarixli müqaviləyə əsasən “Xiaomi Redmi 14C” üçün 178 manat ödənilməmiş hissə, 24 manat rüsum, 18 manat cərimənin tutulması istənilib. 

Məhkəmə iddia tələbini qismən təmin edib. Cavabdehdən ümumilikdə 183 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, “ABC Telecom”un bundan əvvəl Bakının Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən Ağdam, Şəmkir, İsmayıllı, Quba rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları