Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 01.07.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.