SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Olimpiya və dünya çempionları ŞUŞADA

Olimpiya və dünya çempionları ŞUŞADA

  • 22 yanvar 2026, 17:14
Şuşa

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycanın görkəmli idmançılarının işğaldan azad edilmiş torpaqlara müntəzəm səfərlərinin uşaq və gənclər üçün böyük hadisə olacağını qeyd etmişdi.

Yurd.Media xəbər verir ki, bu çağırışa cavab olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə yanvar ayının 21-də beynəlxalq yarışlarda Azərbaycanı yüksək nailiyyətlərlə təmsil etmiş güləşçilərin Şuşa şəhərinə səfəri təşkil edilib.  

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov MOK-un vitse-prezidenti, Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya və dünya çempionu Fərid Mansurovla, MOK-un İcraiyyə Komitəsinin üzvü, Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayevlə, dünya və Avropa çempionu Rafiq Hüseynovla, Güləş Federasiyasının baş katibi Pərvin Piriyevlə görüşüb. Görüş zamanı icraçı direktor güləş növündə ölkəmizi daim layiqincə təmsil etdiklərinə, göstərdikləri əzmkar qələbəyə görə idmançılarımıza öz minnətdarlığını bildirib.

Səfər çərçivəsində qonaqlar Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin müəllim və şagird heyəti ilə də görüşüblər. Tədbirdə idmançılarımız çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə şagirdlərlə söhbət edib, onların suallarını cavablandırıblar. Görüşün sonunda məktəbin direktoru Səbinə Gözəlova qədim ənənəyə malik olan bu tədris ocağı ilə idmançıları yaxından tanış edib.

Sonra idmançılarımız Xankəndi şəhərində Qarabağ Universitetini ziyarət ediblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları