İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri 5 gün davam edəcək.
Yurd.Media-nın məlumatına görə, bu barədə məlumatı Baş nazirin ofisinə istinadən “The Times of Israel” yayıb.
Qeyd edilib ki, Netanyahu mayın 7-də Azərbaycana yollanacaq və 11-də İsrailə geri qayıdacaq.
Həmçinin bildirilib ki, mayın 8-də o, Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüş keçirəcək.