2026-cı ildə dövlət büdcəsindən Milli Məclisin saxlanılmasına 52,1 milyon manat vəsait ayrılacaq.
Yurd.Media xəbər verir ki, bu barədə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,1% çoxdur. Bu il Azərbaycan parlamentinin saxlanılmasına büdcədən 51,5 milyon manat ayrılıb.