Milli Məclisin Aqrar siyasət komitəsi beynəlxalq təcrübənin Azərbaycana gəlməsi ilə bağlı və beynəlxalq təşkilata qoşulmaqla bağlı layihələri müzakirə edib.
Bunu Yurd.Media-ya Komitənin üzvü, deputat Vüqar İskəndərov bildirib.
Onun sözlərinə görə, məqsəd bitkilərin mühafizəsidir:
"Bununla zərərli qidalardan qorunmuş oluruq. Çünki beynəlxalq təşkilatlara üzv olan ölkələr təşkilatın qanunlarına əməl etməlidir".
Vüqar İsgəndərov həmçinin bildirib ki, aqrar sahəyə innovasiyalar nüfuz etməlidir:
"Suvarma texnologiyasında, həmçinin digər əkinçilik prosedurlarında yeni innovativ yanaşma artıq var. Bununla bağlı tədbirlər proqramı da mövcuddur. Yenə işlər görülməlidir".