SÜJET
Milli Məclis xüsusi hədiyyələrin tədarükü üçün "Nigar" İstehsalat Kommersiya Firması ilə əməkdaşlığa başlayır.
Yurd.Media xəbər verir ki, müqaviləyə görə 164,7 min manata parlamentin rəsmi qonaqları və tərəfdaşları üçün nəzərdə tutulan xüsusi dizaynlı hədiyyə kolleksiyası alınacaq.
"Nigar" İstehsalat Kommersiya Firması 2004-cü ildə təsis edilib və 19 illik fəaliyyəti dövründə bir sıra dövlət qurumları ilə əməkdaşlıq təcrübəsinə malikdir. Diqqət çəkən məqam odur ki, şirkətin rəsmi nizamnamə kapitalı cəmi 20 qəpik təşkil edir. Firmanın qanuni təmsilçisi Məmmədov Hüseynağa Məmməd oğludur.
Əməkdaşlıq çərçivəsində bu mallar satın alınacaq:
№ | Başlıq | Miqdar | Ölçü vahidi |
1 | Yüksək keyfiyyətli (premium class qələm) | 7 | ədəd |
2 | Futlyar (altı yerli) | 7 | ədəd |
3 | Futlyar (dörd yerli) | 9 | ədəd |
4 | Futlyar (üç yerli) | 10 | ədəd |
5 | Futlyar (iki yerli) | 8 | ədəd |
6 | Futlyar (bir yerli) | 10 | ədəd |
7 | Xüsusi hazırlanmış hədiyyəlik dəst | 200 | ədəd |
8 | Deputat stol üstü dəsti | 24 | ədəd |
9 | Nəqqaşlanmış boşqab | 70 | ədəd |
10 | Nəqqaşlanmış boşqab | 80 | ədəd |
11 | İş gündəliyi (ajanda) | 550 | ədəd |