SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Ən çox ixrac etdiyimiz qeyri-neft məhsulları: qızıl, pomidor...

Ən çox ixrac etdiyimiz qeyri-neft məhsulları: qızıl, pomidor...

  • 30 sentyabr 2025, 11:44

Azərbaycanın ən çox ixrac etdiyi məhsulların siyahısına qızıl, pomidor, pambıq lifi başçılıq edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Yurd.Media-ya bildirilib ki, cari ilin yanvar-avqust aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (210,7 milyon dollar) birinci olub.

Mərkəzin “İxrac icmalı”nın sentyabr sayında  bildirir ki, bu siyahıda pomidor (tomat) (157,2 milyon dollar) ikinci, pambıq lifi (124,7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (33 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (32 milyon dollar) ikinci, pambıq lifi (16,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin səkkiz ayında Rusiya Federasiyasına 814,1 milyon dollar, Türkiyəyə 394,5 milyon dollar, İsveçrəyə 220,2 milyon dollar, Gürcüstana 216,4 milyon dollar, Ukraynaya isə 131,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Avqust ayında Rusiya Federasiyasına 97,4 milyon dollar, Türkiyəyə 54,8 milyon dollar, İsveçrəyə 33,6 milyon dollar, Gürcüstana 32,9 milyon dollar, Ukraynaya isə 21,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Prime Leasing