SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Minsk Dinamosu Bakıdan əzmkar qələbə ilə qayıdır

Minsk "Dinamo"su Bakıdan əzmkar qələbə ilə qayıdır

  • 22 iyul 2026, 22:16

Belarus klubu Bakıdan əzmkar qələbə ilə qayıdır.

Yurd.Media xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyunu baş tutub.

Bakıdakı "Palms Sports Arena"da keçirilən görüşdə əvvəlcə "Neftçi" Emin Mahmudovun qolu və Aleksandr Selyavanın avtoqolu ilə 2:0 önə çıxıb. Daha sonra Belarus klubu Karen Vardanyanın dublu, Yevgeni Malaşeviçin və Gülzigit Aykulovun qolları ilə geridönüş edib.

Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellasdır.

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları