SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Parlamentin komitə sədri: Özəl xəstəxanalarda qalmaq hotel qiymətinədir

Parlamentin komitə sədri: "Özəl xəstəxanalarda qalmaq hotel qiymətinədir"

  • 30 sentyabr 2025, 15:21

Bəzi əməliyyatlar özəl xəstəxanalara həvalə olunsa da, həmin özəl xəstəxanalarda qalmaq bahalı, hotel qiymətinədir.

Yurd.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, tibbi sığortayla əlaqədar xidmətlər zərfində əməliyyat pulu qarşılansa da, qalmaq pulu nəzərdə tutulmur:

“Xəstə əməliyyat olan kimi də durub evə gedə bilməz. Təklif edirəm ki, əməliyyat xərclərindən əlavə olan xərcləri də xidmətlər zərfinə daxil edək, ya başqa qayda ilə tənzimləyək. Digər tərəfdən, bir qrup xəstəliklər üçün dövlət tərəfindən dərmanlar ayrılır. Biz bir küçədən keçəndə az qala 10 aptek görürük. Amma bu xəstəliklər üçün ayrılan dərmanları ancaq bir aptekdən paylayırlar. Onun qarşısında sıra yaranır, vətəndaşa problem yaranır. 5-6 aptek açsınlar, onsuz da o dərmanların pulunu dövlət ödəyir. Vətəndaşı incitmək lazım deyil”.

Prime Leasing