SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Mərkəzi Bankın “Mitsubishinin rəsmi dilerinə yazdığı cərimə ləğv edildi

Mərkəzi Bankın “Mitsubishi"nin rəsmi dilerinə yazdığı cərimə ləğv edildi

  • 26 avqust 2026, 11:13

“Diamond Motors” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 490 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürüb. 

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdən 180 min ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməyib, valyuta vəsaitini geri qaytarmayıb. 

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Diamond Motors”a qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Abşeron Rayon Məhkəməsinin qərarı ilə MMC-nin başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmadığından xitam verilib.

Qeyd edək ki, “Diamond Motors” MMC 2006-cı ildən etibarən “Mitsubishi Motors” şirkətinin Azərbaycandakı rəsmi dileridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları