SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Məhkum qadınlar övladları ilə görüşüblər

Məhkum qadınlar övladları ilə görüşüblər

  • 01 iyun 2025, 14:41

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində növbəti tədbir təşkil edilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Yurd.Media-ya bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birgə təşkil edilən tədbirdə məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.

Məhkumlar tərəfindən hazırlanmış xüsusi proqram, animasiya qəhrəmanlarının iştirakı ilə musiqili şoular, əyləncə atraksionları böyük maraq və sevinc hissi ilə qarşılanıb

Prime Leasing