Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyanın "Kayzerslautern" klubunda davam etdirəcək.
Yurd.Media xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenberq paylaşım edib.
Onun sözlərinə görə, 28 yaşlı hücumçunun transferi, demək olar ki, tamamlanıb. Təcrübəli forvard yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra isə 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"də keçirib.
"Kayzerslautern" 1951, 1953, 1991, 1998-ci illərdə Almaniya çempionu adını qazanıb.