SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
KOB-ların yaratdığı illik əlavə dəyər 2 dəfədən çox artib

KOB-ların yaratdığı illik əlavə dəyər 2 dəfədən çox artib

  • 18 dekabr 2025, 12:13

Azərbaycanda KOB-ların yaratdığı illik əlavə dəyər 2 dəfədən çox artib

Yurd.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib ki, 2018-cildən etibarən KOB-ların yaratdığı illik əlavə dəyər 10 milyard manatdan 21 milyard manata yüksəlib:

"Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı keçərək qeyri-neft-qaz dövriyyəsinin 37%-ni təşkil edib.

Onun sözlərinə görə, 2018-ci ildən bu günə qədər KOB subyektlərinin sayı təxminən 74 % artaraq 424 minə çatıb.

Sədr qeyd edib ki, həyata keçirilən islahatlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir: "Bu ilin sentyabrında açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycan "Sahibkarlıq siyasəti və mədəniyyəti" göstəricisi üzrə 139 ölkə arasında 2-ci yerdə qərarlaşıb. Eyni zamanda, xarici kapitallı şirkətlər arasında aparılmış sorğuya əsasən, KOBİA sosial-iqtisadi inkişafın dəstəklənməsi baxımından dövlət qurumları arasında lider kimi qiymətləndirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları