“Kapital Bank” ASC-yə məxsus "Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onlara illik 11,5% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.