SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Kamran Bayramov: Avropanın təhdidlərə qarşı mübarizəsi NATO PA-da müzakirə olunacaq

Kamran Bayramov: "Avropanın təhdidlərə qarşı mübarizəsi NATO PA-da müzakirə olunacaq"

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov və nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Kamran Bayramov, Könül Nurullayeva, Samir Vəliyev NATO Parlament Assambleyasının 71-ci illik sessiyasında iştirak edəcəklər.

Sessiyanın gündəliyi barədə Yurd.Mediaya danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, NATO PA-nın builki iclasında   mövzuların müzakirəsi komitələr üzrə aparılacaq və yekun hesabatlar təqdim olunacaq.

Deputat qeyd edib ki, bu dəfəki sessiyada əsas mövzulardan təhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə və Ukrayna-Rusiya müharibəsi fonunda Avropanın təhdidlərə hazır olması məsələləri müzakirə olunacaq:

"Tədbirin sonunda bütün iştirakçıların da yer alacağı plenar sessiya planlaşdırılır. Yığıncaqda NATO PA-ya üzv olan dövlətlərin parlamentarilərindən başqa NATO-nun Baş Katibinin və digər vəzifəli şəxslərin də çıxışı gündəlikdədir. Onların üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparmaları, suallarını cavablandırmaları gözlənilir".

Sessiya oktyabrın 9-dan etibarən başlanacaq.

Prime Leasing
SPE Annual Caspian