SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
İtaliyanın Tehrandakı səfirliyi Bakıya köçür

İtaliyanın Tehrandakı səfirliyi Bakıya köçür

  • 06 mart 2026, 09:11

İtaliyanın Tehrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçür.

Yurd.Media xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bəyan edib.

Onun sözlərinə görə, səfirliyin təxminən 50 əməkdaşı artıq Azərbaycan sərhədini keçib.

"Təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İtaliyanın İrandakı səfirinin rəhbərliyi ilə təxminən 50 italyandan ibarət qrup artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik. Səfirlik fəaliyyətinə Bakıdan davam edəcək", - Tayani vurğulayıb.

Daha əvvəl İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşlarının İrandan Azərbaycan vasitəsilə təxliyə olunduğu bildirilmişdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları