SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
İlin sonunadək 230 peşə və kvalifikasiya standartı təsdiqlənəcək

İlin sonunadək 230 peşə və kvalifikasiya standartı təsdiqlənəcək

  • 28 iyul 2025, 18:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son beş ildə 1400-dək, o cümlədən son aylarda 70 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya verilən məlumata görə, hazırda proses davam edir və bu ilin sonunadək əlavə 230 standartın hazırlanıb, təsdiq edilməsi nəzərdə tutulur.

Təsdiqlənən standartlar nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilir.

Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununu, əmək şəraiti ilə bağlı minimum tələbləri, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını özündə əhatə edir.

Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında əsas bazadır

Prime Leasing