"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 3 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 28,3% çoxdur.
Bu ilin əvvəlinə "İdeal Kredit"in aktivləri ötən ilin əvvəlinə nisbətən 35% çox - 24,2 milyon manat, o cümlədən kredit portfeli 39,9% çox – 22 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 13,8 milyon manat (30,5% çox), balans kapitalı isə 10,4 milyon manat (41,6% çox), o cümlədən nizamnamə kapitalı 0,65 milyon manat (dəyişməyib) olub.