SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Şəmkirdə su borusundakı qəzaya gorə suyun verilməsi dayandırılıb

Şəmkirdə su borusundakı qəzaya gorə suyun verilməsi dayandırılıb

  • 08 may 2026, 12:58

Şəmkirdə su borusunda başvermiş qəza səbəbindən bəzi ərazilərdə suyun verilməsi dayandırılıb.

Yurd.Media xəbər verir ki, Şəmkir rayon Yeniabad kəndində, Şəmkir Nasos Stansiyası ərazisində başvermiş qəza səbəbindən bəzi ərazilərə suyun verilməsi dayanıb.

Belə ki, Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci boruda hidro təzyiq nəticəsində metalın aşınması nəticəsində başvermiş qəzanın aradan qaldırılması istiqamətində işlər hələ də davam etdirilir. 

Əraziyə dolan suyun çəkilməsi üçün xüsusi nasoslar quraşdırılıb və suyun ərazidən çəkilməsi işləri aparılır. 

Yaranmış problem səbəbindən Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci boru ilə ötürülən suyun verilişi məcburi dayanıb. Havanın yağışlı olması səbəbindən hələ ki, həmin ərazilərdə suvarmada çətinliklər yaranmadığı bildirilir.

Qeyd edək ki, qəza baş verən boru 1989-cu ilə aiddir və zamanla təmir olunaraq istifadə edilir. Qəzanın başvermə səbəbi olaraq isə suyun ötürülməsi zamanı elektrik enerjisinin anidən kəsilməsi nəticəsində yaranan hidrotəzyiq olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları