Bu gün Azərbaycanda qısaldılmış iş günüdür.
Yurd.Media xəbər verir ki, əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, bayramdan əvvəlki iş günü olduğu üçün iş saatları bir saat azaldılır.
Qeyd edək ki, 9 May Qələbə Günü münasibətilə rəsmi qeyri-iş günüdür. 9 May şənbə gününə təsadüf etdiyi üçün, qanunvericiliyə əsasən istirahət günü ilə iş günü yerini dəyişir və 11 may qeyri-iş günü hesab olunur.
Beləliklə, həftəlik beşgünlük iş qrafiki ilə çalışanlar üçün 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.