SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Taleh Kazımov iqtisadçı-ekspertlərlə görüşüb

Taleh Kazımov iqtisadçı-ekspertlərlə görüşüb

  • 07 may 2026, 10:28

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri 14 iqtisadçı-ekspertlə ənənəvi görüşünü keçirib. 

Yurd.Media xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş hüquqşünas Əkrəm Həsənov məlumat verib. 

Onun sözlərinə görə, görüş 3 saatdan çox davam edib, əsas müzakirə mövzusu inflyasiya olub. 

“Ekspertlər qiymət artımının daha az saylı malın qiyməti əsasında müəyyən edilməsinin tərəfdarıdır. Çünki AMB-nin bugünkü metodologiyası həmçinin çoxsaylı tələbatı az olan malları (onların qiyməti adətən qalxmır) da əhatə edir, bu da yekunda rəsmi inflyasiya səviyyəsini aşağı göstərir. Taleh müəllim bu məsələni bir daha Dövlət Statistika Komitəsi ilə müzakirə edəcəyini bildirdi. Təbii ki, bankların kredit faizləri və komissiya haqları (bazar konyukturası dəyişməz olaraq qalır), habelə təmərküzləşmə və sağlam rəqabət (burada problemlər qalır və AMB işini davam etdirir), manatın məzənnəsi (devalvasiya təhlükəsi yoxdur) və bank sisteminin sabitliyi (problemli bank yoxdur) də müzakirə olundu”, - deyə ekspert əlavə edib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları