Gəncədə qız qaçırma üstündə dava düşüb.
Yurd.Media xəbər verir ki, Gəncə şəhərində mübahisə zəminində 1 nəfər- 23 yaşlı İ.Məmmədov bıçaqlanıb.
Daha 3 nəfər - 1985-ci il təvəllüdlü A.İsmayılova, 1984-cü il təvəllüdlü S.Hüseynova və 14 yaşlı qız müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisənin bıçaqlanan şəxsin qız qaçırması zamanı tərəflər arasında yaşanmış mübahisə zəminində başverdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.