"Azəriqaz” İstehsalat Birliyi məhkəməyə verilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, abonent məhkəməyə müraciət edərək 2445,96 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilib və borc silinib. Bundan başqa, 44,45 manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılıb.
Digər abonent isə “Azəriqaz” tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akta görə yazılmış 935,64 manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iddia tələbini təmin edib və borc silinib. Həmçinin 30 manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılıb.
Daha bir bir abonent də “Azəriqaz”ın şişirdilmiş borcla bağlı yazdığı protokoldan sözügedən məhkəməyə müraciət edilib. Vətəndaş bildirib ki, abonent koduna hesablanmış 1620 manat məbləğində borcun əsassız hesab edilərək silinməlidir.
Məhkəmə bu iddia tələbini də təmin edib. Borcun siliməsi, 36,20 manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılıb.