SÜJET
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Abuzər Abbasov Zərdabda dəfn olunub.
Yurd.Media xəbər verir ki, onun nəşi mayın 16-da ailəsinə təhvil verilib.
Daha sonra şəhidlə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində vaxtı ilə yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdə dövlət rəsmiləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida bitdikdən sonra şəhid Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 1972-ci il oktybarın 8-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. O, 1994-cü il yanvarın 6-da hərbi xidmətə çağırılıb. 20 gün sonra - 1994-cü il yanvarın 26-da Fizuli rayonunun Aşağı Abdurəhmanli kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.