SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Gülümsəyən simalar, böyük məsuliyyət: WUF13 könüllüləri - FOTOREPORTAJ

Gülümsəyən simalar, böyük məsuliyyət: WUF13 könüllüləri - FOTOREPORTAJ

Bakı

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) könüllülər sadəcə köməkçi qüvvə deyil — bu mötəbər tədbirin canlı ritmini formalaşdıran əsas insan resurslarından biridir.

Göründüyü kimi WUF13-də könüllü olmaq yalnız texniki və ya əməliyyat dəstəyi göstərmək anlamına gəlmir. Bu, özünü sınamaq, bacarıqları kəşf etmək, yeni üfüqlər açmaq və dünyanın müxtəlif ölkələrindən gələn insanlarla eyni məqsəd ətrafında birləşmək deməkdir. Könüllülər üçün WUF13 məsuliyyət, komanda ruhu və peşəkar inkişafla zəngin unudulmaz bir təcrübə meydanıdır.

Forumun hazırlıq mərhələsindən etibarən tədbirin bütün günlərində könüllülər böyük fədakarlıq və həvəslə çalışaraq WUF13-ün uğurla reallaşmasına töhfə verirlər. Onlar dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlərin gələcəyinə həsr olunmuş qlobal dialoqun bir parçasına çevrilirlər.

WUF13 günlərində könüllülər dünyanın müxtəlif guşələrindən gələn qonaqları qarşılayır, qeydiyyat və informasiya dəstəyi göstərir, sessiya və sərgilərin təşkilində fəal iştirak edir, eyni zamanda mədəni proqramların həyata keçirilməsində mühüm rol oynayırlar. Onların enerjisi və ünsiyyəti forumun insan yönümlü ruhunu daha da gücləndirir.

Yurd.Media-nın obyektivindən təqdim olunan bu fotoreportaj WUF13 könüllülərinin əvəzsiz əməyini, gülümsəyən simalarında əks olunan qürur və məsuliyyət hissini əyani şəkildə nümayiş etdirir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları