SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Green Karabakh Energy” vətəndaşların suallarını cavablandıracaq

“Green Karabakh Energy” vətəndaşların suallarını cavablandıracaq

  • 26 avqust 2026, 10:02

Sebtyabrın 26-da, saat 11:00-da “Green Karabakh Energy” MMC Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının tikintisi layihəsinin təqdimatını həyata keçirəcək.

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı rəsmi mətbuatda elan verib.

Elanda deyilir ki, vətəndaşları maraqlandıran sualların cavablandırılması məqsədilə Laçın rayonunun Minkənd, Malıbəy, Bozlu və Qalaca, eləcə də Kəlbəcər rayonunun Tərtər qəsəbəsinin sakinləri layihə qrupu ilə görüşə dəvət olunurlar.

Görüş Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanında (“Çinar Plaza” iş mərkəzi) olacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları