Qarabağ Dirçəliş Fondu 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 121,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 11,8% azdır.
Bu ilin əvvəlinə Qarabağ Dirçəliş Fondunun aktivləri ötən ilin əvvəlinə nisbətən 7,55% çox - 1 739,9 milyon manat təşkil edib.
Fondun öhdəlikləri 8,4 milyon manat (7,95% çox), balans kapitalı isə 1 731,5 milyon manat (7,5% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.