Gəncə-Daşkəsən avtomobil yolunda avtomobillər toqquşub, xəsarət alanlar var.
Yurd.Media xəbər verir ki, hadisə avtomobil yolunun Qızılca kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-21015" və "Hundai" markalı avtomobillərin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İ.Hüseynova, onun qızı 2004-cü il təvəllüdlü X.Hüseynova, 2000-ci il təvəllüdlü Ə.Əsgərov və 2004-cü il təvəllüdlü E.Ağacanov xəsarət alıblar.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
