SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Gənc əsgərlərlə görüşə getmək istəyənlərin DİQQƏTİNƏ

Gənc əsgərlərlə görüşə getmək istəyənlərin DİQQƏTİNƏ

  • 12 fevral 2026, 19:26

Müddətli həqiqi hərbi xidmətə yeni getmiş əsgərlərlə bu ay üçün görüş günləri və şərtləri açıqlanıb.

Müdafiə Nazirliyindən Yurd.Media-ya verilən məlumata görə, fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcəkdir.

Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları