SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Gecə telefonda qorxulu videolara baxırmış: Yeniyetmə qızın sirrli ölümü - VİDEO

"Gecə telefonda qorxulu videolara baxırmış": Yeniyetmə qızın sirrli ölümü - VİDEO

  • 02 dekabr 2025, 22:14

"Gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış".

Yurd.Media xəbər verir ki, bunu paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə nəticəsində ölən 13 yaşlı qızın atası deyib.

Hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Daha sonra mərhumun telefonunda gördükləri ailəyə daha bir şok yaşadıb.

"Gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış. Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Cin, şeytan, qəbiristanlıq kimi dəhşətli görüntülərə baxdığı müəyyən edilib. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib", - mərhumun atası bildirib.

Prime Leasing
SPE Annual Caspian