SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Premyer Liqada çempionluq uğrunda mübarizədə növbəti oyunlar

Premyer Liqada çempionluq uğrunda mübarizədə növbəti oyunlar

  • 14 mart 2026, 10:03

"Sabah" və "Qarabağ" komandaları Azərbaycan Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.

Yurd.Media xəbər verir ki, günün ilk matçında Bakı təmsilçisi "İmişli"nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. "Sabah" 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. "Qartallar" 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla 2-ci sıradadır.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları