SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakıda tikinti şirkəti mənzilləri satıb, binanın inşasını isə dayandırıb - VİDEO

Bakıda tikinti şirkəti mənzilləri satıb, binanın inşasını isə dayandırıb - VİDEO

  • 13 mart 2026, 21:38
Bakı

Bakıda "MM Park" MMC mənzilləri satıb, binanın tikintisini isə dayandırıb.

Yurd.Media xəbər verir ki, tikilməkdə olan 18 mərtəbəli binadan mənzil alan Vücal Əliyev şikayətində bildirir ki, mənzilini seçdiyi mərtəbəyə çatanda binanın tikintisi yarımçıq dayandırıldı.

Şikayətçi deyir ki, pulunu ödədiyi evini təhvil almaqda problem yaşayır.

Vücal Əliyevin sözlərinə görə, "MM Park" MMC şirkəti ilə mənzil alqı-satqısına dair müqavilə imzalayanda binanın tikintisi işləri artıq 3-cü mərtəbəyə çatıbmış.

Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin məsul şəxsi Şahlar Qurbanov "Xəzər Xəbər"ə bildirib ki, vətəndaş haqlıdır, lakin problemin kökü başqadır.  

Tikinti şirkətinin nümayəndəsi onu da qeyd etdi ki, əgər binanın tikintisinin davam etdirilməsi üçün müvafiq icazələr verilməsə, Vücal Əliyev məhkəməyə müraciət edərək şirkətdən ödədiyi məbləği gecikmə faizi də nəzərə alınmaqla geri ala bilər. 

Bakıda tikinti şirkəti mənzilləri satıb, binanın inşasını isə dayandırıb - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları