Azərbaycan Biznesinin İnkişafı Fondunda yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Samir Ağayev Fondda Kredit departamentinin direktoru təyin edilib.
İdarə Heyətinin sədri Ülvi Mansurov bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, Samir Ağayev 2003-cü ildən yeni təyinatadək Azərbaycan Beynəlxalq Bankında çalışıb. Bu illər ərzində mütəxəssis, baş mütəxəssis, filial müdirinin müavini, direktor müavini və s vəzifələrdə işləyib.
Ülvi Mansurov