SÜJET
Füzuli rayonunda Dövlət Yanğından Mühafizə Xidmətinin binası tikiləcək.
Bu barədə Yurd.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti Şirkətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi üçün 3 milyon 700 min manat vəsait ayrılıb.