SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Ermənistana 11 vaqon buğda göndərildi

Ermənistana 11 vaqon buğda göndərildi

  • 28 iyun 2026, 12:44

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Yurd.Media-ya bildirilib ki, 11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit yola salınıb.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları