Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 3,95 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,6% çoxdur.
Bu il iyulun əvvəlinə “BOA Agency"nin aktivləri ötən il iyulun əvvəlinə nisbətən 15,8% çox – 244,9 milyon manat təşkil edib. Səhmdar cəmiyyətinin öhdəlikləri 243,2 milyon manat (15,7% çox), balans kapitalı isə 1,7 milyon manat (44,4% çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub.
Xatırladaq ki, "BOA Agency"nin səhmlərinin 40%-i İlkin Qəribliyə məxsusdur. O, “Unibank” ASC-nin səhmlərinin 94%-dən çoxuna nəzarət edən Eldar Qəribovun oğludur.