SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Endirimli məhsullar keyfiyyətsizdir? Ekspertdən AÇIQLAMA

Endirimli məhsullar keyfiyyətsizdir? Ekspertdən AÇIQLAMA

  • 19 aprel 2025, 17:48

İstər marketlərdə, istərsə də geyim, məişət mağazalarında endirim kampaniyalarına rast gəlirik. Bu kampaniyalar bəzən insanlarda sual yaradır.

Niyə məhsul dəyərindən ikiqat ucuz qiymətə satılır?

Alıcılar həmin dəqiqə məhsulun istehsal tarixini gözdən keçirir ancaq, çox zaman suala cavab tapa bilmirlər. Yenə də qazanan qarşı tərəf olur.

Belə çıxır ki, endirimli məhsullar keyfiyyətsizdi?

Yurd.Media Bizim.Media-ya istinadən xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli açıqlamasında burada satış siyasətinin rol oynadığını vurğulayıb:

"Çünki alıcı "endirim" sözünə maraqlıdır və satıcı da məcbur bu üsuldan istifadə edir. Endirim kampaniyaları təhlükəli deyil, yəni qiymətindən asılı olmayaraq satıcı məhsulu vaxtı keçməmiş, korlanmamış şəkildə satmağa borcludur. Qiymətin ucuz olması ona əsas vermir ki, keyfiyyətsiz məhsullar satılsın. Ancaq yenə də vətəndaşlar aldıqları məhsulların istehsal vaxtına diqqət etsinlər. Bəzən də məhsulun son istifadə vaxtına bir həftə qalmış onun qiymətini endirirlər", - deyə ekspert bildirib.

O ki qaldı qeyri-ərzaq məhsullarına, ekspert qeyd edib ki, burada endirim kampaniyası satış siyasətlərinin tərkib hissəsi olub:

"Qiyməti yüksək təyin edirlər və sonra "endirim" başlığı altında satışa çıxarırlar. Bu da onlar üçün ən keyfiyyətli satış siyasətidir", - deyə Xalid Kərimli vurğulayıb".

Prime Leasing