Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlər ötən ilin dekabr ayına nisbətən orta hesabla 1,9 % baha olub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Xatırladaq ki, dekabrda bu xidmətlərin qiymətləri noyabra nisbətən cəmi 0,3% artmışdı.
Bahalaşmanın sürətlənməsində ötən aydan elektrik enerjisi və təbii qaz təchizatında tətbiq olunan sabit tariflər böyük rol oynayıb, əhali işığı və "mavi yanacağ"ı ötən ilə nisbətən bir qədər baha almalı olub.