SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
DMA-da satınalmalar prosesinə bu şəxs rəhbərlik edəcək - FOTO

DMA-da satınalmalar prosesinə bu şəxs rəhbərlik edəcək - FOTO

  • 29 sentyabr 2026, 11:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində (DMA) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Elvin Malikli DMA-nın İnzibati departamentinin Satınalma şöbəsinin müdiri təyin edilib.

Agentliyin İdarə heyətinin sədri Hasil Abbasov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Elvin Malikli 2025-2026-cı ildə "Aqroservis" ASC-nin, 2024-2025-ci illərdə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalmalar departamentinin müdiri, 2023-2024-cü illərdə "Azərsu" ASC-də Satınalmalar departamentinin müdir müavini, 2015-2023-cü illərdə isə "Azərsu" ASC-də həmin departamentdə müxəlif vəzifələrdə işləyib.

Elvin MalikliElvin Malikli

Skat.az - Ev və Avtomobil elanları