Bu ilin I yarısında Azərbaycana Türkiyədən 108,3 milyon ABŞ dolları pul köçürülüb.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,4% çoxdur.
Bununla belə, son 1 ildə Türkiyədən köçürmələrin ümumu pul baratlarında payı 16,4%-dən 14,5%- düşüb.
Yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə pul köçürmələri isə 1 il əvvələ nisbətən 14% az – 58,5 milyon dollar təşkil edib.
İl ərzində Türkiyəyə köçürmələrin ümumi pul baratlarında payı isə 28,6%-dən 28,1%-ə düşüb.