SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Daxili qoşunların komandanı ilə bağlı FƏRMAN

Daxili qoşunların komandanı ilə bağlı FƏRMAN

  • 25 dekabr 2025, 20:17

Daxili qoşunların komandanını həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması Prezidentin səlahiyyətinə aid edilir.

Yurd.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanunun tətbiqi barədə Fərmanında qeyd edilib.

Daxili qoşunların komandanını və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitləri Prezident vəzifəyə təyin və vəzifədən azad edəcək.

Fərmana əsasən, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da Prezidentin səlahiyyətinə aid edilir.

Həmçinin, ölkə başçısı daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsini, daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsini də həyata keçirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları