SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Çörək sexində avadanlıqların təmiz saxlanılmadığı aşkarlandı - FOTO

Çörək sexində avadanlıqların təmiz saxlanılmadığı aşkarlandı - FOTO

  • 05 noyabr 2025, 20:16
Ordubad

Çörək sexində avadanlıqların təmiz saxlanılmadığı aşkarlandı.

Yurd.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ordubad şəhərində fəaliyyət göstərən çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub.

Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə edilmədiyi, dezinfeksiya işlərinin aparılmadığı və obyektin təmirə ehtiyacı olduğu aşkar edilib.

Aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Prime Leasing
SPE Annual Caspian