SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Açıq qapı günü - FOTO

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Açıq qapı" günü - FOTO

  • 13 iyun 2026, 18:28

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı münasibətilə "Açıq qapı" günü təşkil edilib.

Yurd.Media xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunlarının komandanı Ağamir Sultanov, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini, Hava Döyüş komandiri Zaur Rüstəmov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov, Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi Vasif Xəlilov və Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinin dekanı, professor İbrahim Hətəm iştirak edib.

Təntənəli mərasimin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Lisey ərazisində ucaldılmış̧ abidələri ziyarət olunub və önlərinə gül dəstələri qoyulub. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında dövlət himni səsləndirilib.

Buraxılış mərasimində tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları salamlayaraq, onları məzun olmaları münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində kursantlara uğurlar arzulayıb.

C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev çıxış edərək məzunları təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Sonra hərbi liseyi fərqlənmə ilə bitirən məzunlara, fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Kursantlar adından çıxış edən kurs birincisi bildirib ki, hərbi liseydə əldə etdikləri bilik və bacarıqları növbəti təhsil müəssisələrində daha da inkişaf etdirəcəklərinə dair söz verib.

Hərbi liseyin rəmzi kötüyünə 2026-ci ilin xatirə lövhəsi vurulduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Sonda kursantlar hərbi orkestrin müşayiəti ilə marşları ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. Valideynlərə məzun övladları ilə görüşmək və təbrik etmək üçün şərait yaradılıb.

Buraxılış mərasiminə həsr olunmuş tədbir bitdikdən "Açıq qapı" iştirakçıları liseydə yaradılmış şərait və tədris prosesi ilə tanış olublar.

"Açıq qapı" çərçivəsində Hərbi Liseydə fəaliyyət göstərən Heydər Əliyevin adını daşıyan muzey ziyarət olunub, burada dahi rəhbərə həsr olunmuş ekspozisiyalar barədə, həmçinin, muzeyin yaranma tarixi, fəaliyyəti barədə "Açıq qapı" iştirakçılarına məlumat verilib.

Qonaqlara Hərbi Lisey haqqında geniş brifinq təqdim olunub. Bildirilib ki, MMU-nun tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə, Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları